İdman

Millimizin futbolçusu Super Liqada klubunu dəyişdi

Millimizin futbolçusu Super Liqada klubunu dəyişdi

Azərbaycanın qadın futbolçulardan ibarət millisinin üzvü Nərgiz Əliyeva Türkiyədə klubunu dəyişib.

Demokrat.az xəbər verir ki, 23 yaşlı qapıçı Super Liqa təmsilçisi "Sanayispor"la anlaşıb. Bu barədə Girəsun klubunun mətbuat xidmətindən bildirilib.

Klub ondan başqa Yeşil Beyazlı Kulüp, Fatma Ataş, Juliette Nana və Gamze Koçeri də heyətinə qatıb.

Qeyd edək ki, Nərgiz Əliyeva son mövsümü Super Liqanın digər təmsilçisi "Fatih Vətən"də keçirib.

NE
Nihadə Eyyubova