2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatının püşkü atılıb.
"Report"un məlumatına görə, püşkatma mərasimi ABŞ-nin paytaxtı Vaşinqton şəhərində baş tutub.
Belə ki, 12 qrupda yer alacaq komandalar bəlli olub.
A qrupu:Meksika, Cənubi Koreya, Cənubi Afrika Respublikası, UEFA D yolunun qalibi (Danimarka-Şimali Makedoniya/Çexiya-İrlandiya) B qrupu:Kanada, İsveçrə, Qətər, UEFA A yolunun qalibi (İtaliya-Şimali İrlandiya/Uels - Bosniya və Herseqovina) C qrupu:Braziliya, Mərakeş, Şotlandiya, Haiti D qrupu:ABŞ, Avstraliya, Paraqvay, UEFA C yolunun qalibi (Türkiyə-Rumıniya/Slovakiya-Kosovo) E qrupu:Almaniya, Ekvador, Fildişi Sahili, Kurasao F qrupu:Niderland, Yaponiya, Tunis, B yolunun qalibi (Ukrayna-İsveç/Polşa-Albaniya) G qrupu:Belçika, İran, Misir, Yeni Zelandiya H qrupu:İspaniya, Uruqvay, Səudiyyə Ərəbistanı, Kabo Verde I qrupu:Fransa, Seneqal, Norveç, FIFA qitələrarası pley-off 2-ci (Boliviya-Surinam/İraq) J qrupu:Argentina, Avstriya, Əlcəzair, İordaniya K qrupu:Portuqaliya, Kolumbiya, Özbəkistan, FIFA qitələrarası pley-off 1-ci (Yeni Kaledoniya-Yamayka/Konqo Demokratik Respublikası) L qrupu:İngiltərə, Xorvatiya, Panama, Qana
Qeyd edək ki, DÇ-2026 iyunun 11-dən iyulun 19-na qədər ABŞ, Kanada və Meksikada reallaşacaq.


