Gündəm

NİİM-dən Bakıda işıqforların işləməməsi ilə bağlı açıqlama — YENİLƏNİB (FOTOLAR)

NİİM-dən Bakıda işıqforların işləməməsi ilə bağlı açıqlama — YENİLƏNİB (FOTOLAR)

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məsələ ilə bağlı açıqlama verib.

Qurumdan Demokrat.az-a daxil olan məlumatda deyilir:

"Qeyd olunan kəsişmələrdə işıqforların işləməməsinə səbəb qurğunun özündə yaranan problem yox, ərazilərə verilən elektrik enerjisinin kəsilməsi olub. Qısa müddətdə əməkdaşlarımız tərəfindən aidiyyəti üzrə məlumat verilib və problem aradan qaldırılıb. Hazırda paytaxtda davam edən yağışlı hava şəraiti ilə əlaqədar işıqforlar nəzarətdə saxlanılır, onların işində hər hansı problem yaranarsa, dərhal tədbirlər görülür"

*** 08:51

Bakının bəzi ərazilərdə işıqforlar işləmir.

Bununla bağlıOxu.Az-a məlumat daxil olub.

Qeyd olunub ki, paytaxtın Yusif Səfərov küçəsində və Səməd Vurğun bağı ətrafında işıqforlarda nasazlıq yaranıb.

"Küçə işıqları yanmır, işıqforlar işləmir. Yağıntılı havada belə bir vəziyyət sürücüləri çətin vəziyyətdə qoyub", - deyə məlumatda bildirilir.

Məsələ ilə bağlı aidiyyəti qurumlara sorğu verilib.

NE
Nihadə Eyyubova