Bu gün Azərbaycan kubokunda 1/8 finalın növbəti oyunları keçiriləcək.
Demokrat.azxəbər verir ki, bu gün daha 3 oyun baş tutacaq.
Öncə “Şamaxı” “Baku Sportinq”i, “İmişli” “Sabah”ı qəbul edəcək. Günün son oyununda isə “Qarabağ” “Karvan”ı sınağa çəkəcək.
Xatırladaq ki, daha öncə keçirilmiş oyunlarda “Turan Tovuz” “Şahdağ Qusar”ı (2:1), “Zirə” “Neftçi”ni (1:0) mübarizədən kənarlaşdırıb. Qalan 3 oyun sabah keçiriləcək.
Azərbaycan Kuboku 1/8 final 3 dekabr
“Şamaxı” – “Baku Sportinq” Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Elvin Bayramov. Şamaxı şəhər stadionu, 14:00.
“İmişli” – “Sabah” Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Şirmamed Mamedov, Əkbər Əhmədov. Quba Olimpiya İdman Kompleksinin stadionu, 14:00.
“Qarabağ” – “Karvan” Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Nicat İsmayıllı. “Azersun Arena”, 19:00.


