İdman

Türkiyədə məşhur futbolçu saxlanıldı

Türkiyədə məşhur futbolçu saxlanıldı

Türkiyə milli komandasının, “Fənərbaxça” və “Beşiktaş”ın sabiq oyunçusu Gökhan Gönül saxlanılıb.

Demokrat.azTürkiyə KİV-nə istinadən xəbər verir ki, 12 nəfərlə birlikdə saxlanılan Gönül fond bazarında süni qiymət dalğalanmaları yaratmaqda şübhəli bilinir.

Araşdırma nəticəsində bu şəxslərin qiymətləri manipulyasiya edərək, qeyri-qanuni əməliyyatlar həyata keçirdikləri müəyyən edilib.

Bu ilin mayın sonuna qədər Türkiyənin U-21 millisinin baş məşqçisi işləmiş G.Gönül hazırda "Fənərbaxça" klubununda baş məşqçi Domeniko Tedeskonun köməkçisidir.

D
demokrat.az