Gündəm Özəl

Elektrik avadanlıqlarında təhlükəsizlik: Yanğın hallarının qarşısını belə almaq olar

Elektrik avadanlıqlarında təhlükəsizlik: Yanğın hallarının qarşısını belə almaq olar

"Elektrik təhlükəsizliyi bir neçə əsas mərhələyə bölünür: texniki baxış, operativ nəzarət, idarəetmə və sənədləşmə. Texniki baxışda kritik avadanlıqlar, kabellər, panellər, avtomatlar ölçülür və test olunur, uzaqdan idarə olunan stop düymələrinin işləkliyi yoxlanılır, torpaqlama prosesi həyata keçirilir və panellər üzərində düzgün bölünmə vizual olaraq qiymətləndirilir".

Bunu Demokrat.az-a açıqlamasında təhlükəsizlik eksperti Samir Nəbiyev deyib.

O, bildirib ki, operativ nəzarət canlı xətlər üzərində aparılır, layihə sənədləri yoxlanılır, qoşulmalar və təmir prosesləri zamanı təhlükəsizlik tədbirləri tətbiq olunur:

"İdarəetmə və sənədləşmə mərhələsində işə başlamazdan əvvəl yoxlamalar aparılır, müvafiq qanun və standartlara riayət təmin edilir, işçi qruplarına səlahiyyətlər bölünür. İldə bir dəfə elektrikçilərin bilikləri yoxlanılır, test protokolları və jurnal qeydləri aparılır, torpaqlama və digər texniki testlər həyata keçirilir. Risklər, qısa qapanma, avadanlıq nasazlığı, şəbəkə problemləri və s. qiymətləndirilir və tədbirlər görülür".

Ekspert bildirib ki, fövqəladə hallarda, məsələn, elektrik yanğınları zamanı su istifadə edilmir, karbon dioksid tətbiq olunur:

"Vətəndaşlar məlumatlandırılır, hadisə zamanı ərazi təhlükəsiz formada tərk edilir və yaxınlıqda müəyyən edilmiş toplanma məntəqələrində toplanırlar".

Əfsanə Kamal Demokrat.az

NE
Nihadə Eyyubova