İdman

“Şamaxı” “Sumqayıt”a uduzdu

“Şamaxı” “Sumqayıt”a uduzdu

Azərbaycan Premyer Liqasında XIII turun daha bir oyunu keçirilib.

Demokrat.az xəbər verir ki, “Şamaxı” öz meydanında “Sumqayıt”ı qəbul edib.

Görüş qonaqların 2:1 əzmkar qələbəsi ilə başa çatıb.

Matçda hesabı meydan sahibləri açıblar. Kərim Rossi 70-ci dəqiqədə fərqlənib. 88-ci dəqiqədə Aleksa Yankoviç tarazlığı bərpa edib. Son nöqtəni isə 90+1-ci dəqiqədə Aleksandr Ramalinqom qoyub.

Bu nəticədən sonra xallarını 23-ə çatdıran “Sumqayıt” 5-ci pillədə qərarlaşıb. “Şamaxı” isə 14 xalla 9-cudur.

Tura saat 16:30-da başlayacaq “Qəbələ” – “Araz-Naxçıvan” matçı ilə yekun vurulacaq.

Qeyd edək ki, XIII turun əvvəlki matçlarında “Zirə” “Kəpəz”ə, “Qarabağ” “Karvan-Yevlax”a 2:0, “Sabah” “İmişli”yə 3:0 hesabı ilə qalib gəlib, “Turan Tovuz” isə “Neftçi” ilə qolsuz heç-heçə edib.

D
demokrat.az