İdman

"Bavariya" Bundesliqanın rekordunu təkrarladı

Bavariya Bundesliqanın rekordunu təkrarladı

"Bavariya" Bundesliqanın 12-ci turunda öz meydanında "Sankt-Pauli"ni 3:1 hesabı ilə məğlub edərək, ölkə çempionatının rekordlarından birini təkrarlayıb.

Demokrat.az championat.com-a istinadən xəbər verir ki, Münhen təmsilçisi Bundesliqanın son 20 matçının hər birində iki qoldan çox vurub.

Bununla da "Bavariya" 2013/2014-cü illər mövsümündə klubun Pep Qvardiolanın baş məşqçiliyi altında müəyyənləşdirdiyi liqa rekordunu təkrarlayıb.

Qeyd edək ki, münhenlilər 34 xalla Bundesliqanın turnir cədvəlində birinci yeri tuturlar.

D
demokrat.az