Gündəm Özəl

SSRİ-nin təbliğini edənlərin videolarını izləyərkən çox narahat oldum — Deputat

SSRİ-nin təbliğini edənlərin videolarını izləyərkən çox narahat oldum — Deputat

“SSRİ-nin təbliğini edənlərin videolarını izləyərkən çox narahat oldum. Əgər 1900-cü illərdə Azərbaycan sovet hakimiyyəti altında olmasaydı, milli hökumət ölkəmizi ayaq üstə saxlayacaq, torpaqlarımız Ermənistan tərəfindən işğal edilməyəcəkdi.”

Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Aydın Mirzəzadə deyib.

O qeyd edib ki, hələ də bəziləri sovet hakimiyyətinin Azərbaycana nə etdiyini başa düşmür:

“Biz dünya birliyinə inteqrasiya olacaqdıq. Sovet dönəmində Azərbaycan təbii sərvətləri darmadağın edildi. Müstəqilliyimiz göstərdi ki, Azərbaycan xalqı dövlət müstəqilliyinə layiqdir. Bir sıra xarici dairələr cəmiyyətimizi yenidən sınağa çəkmək istədi, amma buna nail ola bilmədilər. Bu gün isə müstəqilliyimizi sevən və onu qoruyan 10 milyon 300 minlik bir cəmiyyətimiz, həmçinin xalqını sevən rəhbərimiz var. Şəhidlərimiz müstəqilliyimiz üçün canlarından keçiblər. Buradan geriyə dönüş yoxdur, yalnız irəliyə doğru addımlayırıq. O bayrağı qaldıranlar isə xalqın sərvətini və azadlığını düşünməli idilər”.

Leyla Turan Demokrat.az

NE
Nihadə Eyyubova