UEFA Çempionlar Liqasının əsas mərhələsinin beşinci turu çərçivəsində Neapolun "Dieqo Armando Maradona" stadionunda "Napoli" - "Qarabağ" qarşılaşması start götürüb.
Matçı polşalı hakim Şimon Martsinyak idarə edir.
xxx
UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turu çərçivəsində keçiriləcək "Napoli" - "Qarabağ" oyununun start heyətləri müəyyənləşib.
Oxu.Azxəbər verir ki, komandalar "Dieqo Armando Maradona" stadionunda keçiriləcək matça aşağıdakı tərkibdə çıxacaqlar:
"Napoli": 32. Vanya Milinkoviç-Saviç, 31. Sem Bökema, 13. Amir Rrahmani, 4. Alessandro Buoncorno, 17. Matias Oliveyra, 22. Covanni Di Lorentso, 68. Stanislav Lobotka, 8. Skott Maktominey, 70. Noa Lanq, 19. Rasmus Höylund, 7. David Nereş;
"Qarabağ": 99. Mateuş Koxalski, 2. Mateus Silva, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 44. Elvin Cəfərquliyev, 35. Pedro Bikalyo, 8. Marko Yankoviç, 15. Leandro Andrade, 11. Emmanuel Addai, 17. Kamilo Duran, 10. Abdullah Zubir.
Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.


