İdman

“Konteni yaxından tanıyıram, diqqətsiz olduğunu görməmişəm” — Qurban Qurbanov

“Konteni yaxından tanıyıram, diqqətsiz olduğunu görməmişəm” — Qurban Qurbanov

“Çox gözəl bir şəhərdəyik və böyük tarixə malik kluba qarşı oyun bizi gözləyir”.

“Qafqazinfo” xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov İtaliyada “Napoli” ilə keçiriləcək UEFA Çempionlar Liqasının 5-ci tur matçından öncə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, komandasını çox böyük bir məşqçinin komandasına qarşı oyun gözləyir:

“Napoli” turnir cədvəlində istəyəcək ki, öz yerini daha da yaxşılaşdırsın. Ona görə çox yaxşı hazırlaşırlar. Ümumiyyətlə, cənab Kontenin heç bir oyunda diqqətsiz olduğunu görməmişəm. Onu yaxından tanıyıram. Pis hazırlaşmamışıq və çox istərdik ki, öz nizam-intizamımızı qoruyub saxlayaq, dinamik futbol oynayaq”.

NE
Nihadə Eyyubova