İdman

Həbib Nurməhəmmədovun papaqları hərracda satılacaq

Həbib Nurməhəmmədovun papaqları hərracda satılacaq

Yüngül çəkidə keçmiş UFC çempionu Həbib Nurməhəmmədovun papaqları "Telegram"da hərraca çıxarılacaq.

Oxu.Az bu barədə Championat.com-a istinadən xəbər verir.

Bildirilir ki, hərrac noyabrın 22-də günorta saatlarında keçiriləcək.

"Bəzi hədiyyələr sadəcə qiymətli deyil, onlar xüsusi məna daşıyırlar. Papaq heç vaxt təkcə baş örtüyü olmayıb" , - deyə 37 yaşlı Nurməhəmmədov vurğulayıb.

NE
Nihadə Eyyubova