Avto Özəl

Elektrikli avtomobili olanların nəzərinə: Kiber hücuma məruz qala bilərsiniz

Elektrikli avtomobili olanların nəzərinə: Kiber hücuma məruz qala bilərsiniz

"Bu gün bütün dünyada kiber hücumlarla bağlı problemlər artmaqdadır və avtomobil sektoru da bu baxımdan zərər çəkə biləcək sahələrdən biridir. Məlumatlara görə, artıq bəzi ölkələrdə avtomobillərə qarşı kiber hücum halları baş verib və bu cür hadisələrin Azərbaycanda da baş verməyəcəyinə heç kim zəmanət verə bilməz".

Bunu Demokrat.az-a açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov deyib.

O bildirib ki, ən önəmlisi isə, avtomobilin özü və onun sürücüsü üçün kiber təhlükəsizliyin təmin olunmasıdır:

"Bu məsələ birbaşa istehsalçı şirkətlərin üzərinə düşür. Avtomobillərin və onların sistemlərinin bu risklərə qarşı qorunması üçün yüksək davamlı, diqqətlə hazırlanmış və tam təhlükəsiz proqram təminatı hazırlanmalıdır. Yalnız bu halda həm sürücülər, həm də avtomobil sahibləri potensial kiber hücumlardan qorunmuş olacaqlar".

Əfsanə Kamal Demokrat.az

NE
Nihadə Eyyubova