İqtisadi Özəl

Neft gəlirləri azalır: İqtisadiyyat niyə sürətlənmir?

Neft gəlirləri azalır: İqtisadiyyat niyə sürətlənmir?

"2% real artım o deməkdir ki, nominal artım 6%, inflyasiya isə 4%-dirsə, nəticədə iqtisadiyyat cəmi 2% genişlənir. Bu göstərici nə ciddi uğur, nə də böhran əlamətidir".

Bunu Demokrat.az-a açıqlamasında iqtisadçı ekspert Razi Abasbəyli deyib.

O, bildirib ki, hökumət növbəti ildə neft və enerji sektorundan gəlirlərin azalacağını nəzərə alaraq real artımı qorumağa çalışır:

Neft gəlirləri azalır: İqtisadiyyat niyə sürətlənmir?

"Bu yanaşma iqtisadi potensialın zəifləməsinin qarşısını almağı və riskləri minimuma endirməyi hədəfləyir. Eyni zamanda, 2% artım özəl sektorda müəyyən məhdudlaşmalar, daralma və inflyasiya risklərinin azaldılması üçün atılacaq qabaqlayıcı addımlar deməkdir".

Ekspert bildirib ki, bununla belə, proqnozlarda həm bədbin, həm də optimist ssenarilər mövcuddur:

"Dünya bazarlarında neft və qazın qiyməti gözləntilərdən yüksək olarsa, real artım daha müsbət ola bilər və bu, milli valyutanın qorunmasına da töhfə verər. Ümumilikdə, 2% real artım nə irəliləyiş, nə də geriləmə göstəricisidir, sadəcə olaraq mövcud sabitliyi qorumağa yönəlmiş bir yanaşmadır".

Əfsanə Kamal Demokrat.az

NE
Nihadə Eyyubova