Gündəm Özəl

Mərkəzi Asiya ilə iqtisadi münasibətlərimiz dərinləşir — Deputat

Mərkəzi Asiya ilə iqtisadi münasibətlərimiz dərinləşir — Deputat

“Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında iqtisadi münasibətlərin dərinləşməsi müşahidə olunur. Nəzərə alsaq ki, Azərbaycan bir tərəfdən Mərkəzi Asiya ölkələri ilə həm ticarət dövriyyəsini artıması, həm də investisiya qoyuluşlarının həyata keçirilməsi sahəsində əməkdaşlıq edir və praktiki olaraq əksər Mərkəzi Asiya dövlətləri birgə investisiya fondlarının yaradılması ilə bağlı razılıq əldə edilib. Bu da təbii ki, qarşılıqlı olaraq investisiya qoyuluşlarının genişləndirilməsinə xidmət edir”.

Bunu Demokrat.az-a açıqlamasında millət vəkili Vüqar Bayramov deyib. O bildirib ki, Prezident İlham Əliyevin Özbəkistana səfəri zamanı da məhz Azərbaycanla Mərkəzi Asiya arasında iqtisadi əlaqələrin daha da dərinləşməsi mövzusu müzakirə edildi:

“Bu, həm birgə sərmayələr, ixrac imkanlarının artırılması, eləcə də nəqliyyat və logistikada əməkdaşlıq imkanlarını əhatə edir. Praktiki olaraq tərəflərin xüsusən nəqliyyat sahəsində, o cümlədən Orta Dəhlizlə bağlı əməkdaşlıq imkanları yüksəkdir. Bu baxımdan yeni format region üçün yeni fürsətlər deməkdir”.

Cavidan Mirzəzadə Demokrat.az

NE
Nihadə Eyyubova