Bu gün Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında Azərbaycan idmançıları iki növdə mübarizə aparacaqlar.
Demokrat.az xəbər verir ki, taekvondoçulardan Taleh Süleymanov (82 kq), Qaşım Maqomedov (60 kq), Səmərrux Osmanova (51 kq) mübarizələrini davam etdirəcəklər.
Həmçinin uşu-sandada Elçin Eminov (60 kq) yarımfinal döyüşünə qatılacaq.
Xatırladaq ki, İslamiada noyabrın 21-də başa çatacaq.
Azərbaycan 40 mükafatla (5 qızıl, 14 gümüş, 21 bürünc) medal sıralamasında 8-ci yerdədir.


