İdman

"Qarabağ" - "Neftçi" oyununun bütün biletləri SATILDI

Qarabağ - Neftçi oyununun bütün biletləri SATILDI

Misli Premyer Liqasının “Zəfər turu” (Xl) çərçivəsində "Qarabağ" - "Neftçi" komandaları arasında keçiriləcək oyun üçün satışa çıxarılan bütün biletlər alınıb.

Bu barədə Demokrat.az-a Ağdam təmsilçisindən məlumat verilib.

Qarşılaşma noyabrın 9-u saat 18:44-də start götürəcək.

Qapılar azarkeşlər üçün matçın start fitindən 90 dəqiqə əvvəl açılacaq.

D
demokrat.az