Xarici siyasət

Macarıstan və Əfqanıstan səfirlikləri Azərbaycanı Zəfər Günü ilə bağlı təbrik etdilər

Macarıstan və Əfqanıstan səfirlikləri Azərbaycanı Zəfər Günü ilə bağlı təbrik etdilər

Macarıstanın Bakıdakı səfirliyi Azərbaycanı 8 Noyabr - Zəfər Günü münasibətilə təbrik edib.

Demokrat.az xəbər verir ki, bu barədə səfirliyin sosial şəbəkə hesabında paylaşım edilib.

"Səfirliyimiz bütün Azərbaycan xalqını 8 Noyabr - Zəfər Günü və 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə təbrik edir", - deyə səfirliyin təbrik mesajında bildirilib.

Əfqanıstanın Bakıdakı səfirliyi də Azərbaycanı Zəfər Günü münasibətilə təbrik edib.

Bu barədə səfirliyin sosial şəbəkə hesabında məlumat yayılıb.

"8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını ürəkdən təbrik edirik", - deyə səfirliyin təbrikində bildirilib.

D
demokrat.az