İdman

"Qarabağ" "Çelsi" ilə oyunda növbəti xalını qazandı —YENİLƏNİB

Qarabağ Çelsi ilə oyunda növbəti xalını qazandı —YENİLƏNİB

"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunun oyununda doğma meydanda "Çelsi" (İngiltərə) ilə qarşılaşıb.

Demokrat.az-ınməlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda reallaşan matç 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

Hesabı londonlular açıblar. 17-ci dəqiqədə Estevan Villian fərqlənib. Ardınca "köhlən atlar" iki qol vurublar. 29-cu dəqiqədə Leandro Andrade tablodakı rəqəmləri eyniləşdirib. 10 dəqiqə sonra isə Marko Yankoviç əllə oyuna görə təyin olunan penalti zərbəsini qola çevirib. İkinci hissədə isə "zadəganlar" məğlubiyyətdən xilas olublar. Alexandro Qarnaço 53-cü dəqiqədə hədəfdən yayınmayıb.

Bununla da ağdamlılar cari mövsüm Çempionlar Liqasının Liqa mərhələsindəki xallarının sayını 7-ə çatdırıblar.

Qeyd edək ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv V turda, noyabrın 25-də səfərdə İtaliyanın "Napoli" kollektivinin qonağı olacaq.

*** 22:58

UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunun "Qarabağ" - "Çelsi" (İngiltərə) oyununda hesab yenidən bərabərləşib.

Demokrat.az-ın məlumatına görə, Tofiq Bəhramov stadionunda keçirilən matçda qonaqlar tablodakı rəqəmləri eyniləşdiriblər - 2:2.

Alexandro Qarnaço 53-cü dəqiqədə hədəfdən yayınmayıb.

*** 22:50

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin dördüncü turu çərçivəsində keçirilən "Qarabağ" - "Çelsi" qarşılaşmasında ikinci hissə başlayıb.

Demokrat.az xəbər verir ki, görüşdə "Qarabağ" 2:1 hesabı ilə öndədir.

Qolları 16-cı dəqiqədə Estevao ("Çelsi"), 29-cu dəqiqədə Leandro Andrade və 39-cu dəqiqədə penaltidən Yankoviç vurublar.

*** 22:35

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin dördüncü turu çərçivəsində keçirilən "Qarabağ" - "Çelsi" qarşılaşmasında birinci hissə başa çatıb

Demokrat.az xəbər verir ki, "Qarabağ" fasiləyə 2:1 hesabı ilə öndə yollanıb.

*** 22:26

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin dördüncü turu çərçivəsində keçirilən "Qarabağ" "Çelsi" ilə qarşılaşmada hesabda irəli çıxıb.

Demokrat.azz xəbər verir ki, 39-cu dəqiqədə Yankoviç penalti zərbəsini dəqiq yerinə yetirib - 2:1. *** 22:16

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin dördüncü turu çərçivəsində keçirilən "Qarabağ" - "Çelsi" qarşılaşmasında hesab bərabərləşib.

Demokrat.az xəbər verir ki, 29-cu dəqiqədə Leandro Andrade "Qarabağ"ın ilk qolunu vurub.

*** 22:04

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin dördüncü turu çərçivəsində keçirilən "Qarabağ" - "Çelsi" qarşılaşmasında hesab bərabərləşib.

Demokrat.az xəbər verir ki, 29-cu dəqiqədə Leandro Andrade "Qarabağ"ın ilk qolunu vurub.

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin dördüncü turu çərçivəsində keçirilən "Qarabağ" - "Çelsi" qarşılaşmasında ilk qol vurulub.

Oxu.Az xəbər verir ki, 16-cı dəqiqədə qonaq komanda hesabı açıb.

Qolu 16-cı dəqiqədə Estevao vurub.

*** 21:45

UEFA Çempionlar Liqasının əsas mərhələsinin dördüncü turu çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda "Qarabağ" - "Çelsi" qarşılaşması start götürüb.

Demokrat.az xəbər verir ki, matçı avstriyalı hakim Sebastian Qishamer idarə edir.

*** 20:46

UEFA Çempionlar Liqasının əsas mərhələsinin dördüncü turunda üz-üzə gələcək "Qarabağ" və İngiltərənin "Çelsi" kollektivlərinin start heyətləri bəlli olub.

Demokrat.az xəbər verir ki, komandalar meydana aşağıdakı heyətlərlə çıxacaqlar.

"Qarabağ": Mateuş Koxalski, Mateus Silva, Marko Yankoviç, Abdullah Zubir (k), Bəhlul Mustafazadə, Leandro Andrade, Kamilo Duran, Kadi Borges, Pedro Bikalyo, Elvin Cəfərquliyev, Kevin Medina.

"Çelsi": Robert Sançes, Mark Kukurelya, Tosin Adarabioyo, Ceyms Qittens, Andrey Santos, Xuan Pedro, Yorrel Hato, Ris Ceyms (k), Tayrik Corj, Estevan Villian, Rameo Lavia

Qeyd edək ki, "Qarabağ" - "Çelsi" matçı bu gün, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

*** 07:30

Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsinin dördüncü turunda "Qarabağ" növbəti oyununa çıxacaq.

Demokrat.az xəbər verir ki, təmsilçimiz İngiltərənin "Çelsi" klubu ilə üz-üzə gələcək.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matç saat 21:45-də start götürəcək.

Qeyd edək ki, "Qarabağ" növbəti oyununu noyabrın 26-da səfərdə "Napoli" klubuna qarşı keçirəcək.

"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsində üç oyundan sonra 6 xal toplamağı bacarıb.

5 noyabr

UEFA Çempionlar Liqası

IV tur

Saat 21:45, "Qarabağ" - "Çelsi".

NE
Nihadə Eyyubova