İdman

Əliyar Ağayev “Arsenal”ın oyununa təyinat aldı

Əliyar Ağayev “Arsenal”ın oyununa təyinat aldı

Azərbaycanlı FiFA referisi Əliyar Ağayev UEFA Çempionlar Liqasının daha bir matçına təyinat alıb.

Demokrat.az xəbər verir ki, o, “Slaviya” (Çexiya) - “Arsenal” (İngiltərə) oyununun baş hakimi olacaq.

Matçın VAR hakimi Rob Diperink, AVAR hakimi isə Yerun Manshot (hər ikisi Niderland) olacaqlar.

Qeyd edək ki, oyun noyabrın 4-ü, Bakı vaxtı ilə saat 21:45-də başlanacaq.

NE
Nihadə Eyyubova