"Orqanların paylanılması və bağışlanması pis bir məsələ deyil, sadəcə olaraq bundan sui-istifadə olunmamalıdır. Bəziləri bunu haram hesab etsə də, Quranda belə bir qadağa yoxdur. Bir insanın həyatını xilas etmək, bütün bəşəriyyətə həyat qayıtarmış kimi dəyərlidir, Allah Qurani Kərimin əl-Maidə surəsində bunu vurğulayır".
Bu sözləri Demokrat.az-a açıqlamasında ilahiyyatçı Elşad Miri deyib.
O bildirib ki, belə xeyirxah əməllər təşviq olunmalıdır:
"Əgər bir insan dünyasını dəyişibsə, onun orqanlarının başqalarına verilməsi daha məqsədəuyğundur".
Qeyd edək ki, son zamanlarda gənclər arasında ölümündən sonra üçün orqan bağışlayanların sayı artıb.
Əfsanə Kamal Demokrat.az


