İdman

İran futbolunda qalmaqal: Komanda üzvü qapıçını vurdu

İran futbolunda qalmaqal: Komanda üzvü qapıçını vurdu

İranın Azadegan Futbol Liqasında baş verən insident gündəm olub.

Oxu.Az"Azad İran"a istinadən xəbər verir ki, "Damaş Gilan" - "Nəssaci Mazandaran" futbol komandaları arasında keçirilən oyunda qonaqlar meydan sahiblərini 0:5 hesabı ilə məğlub ediblər.

Beşinci qoldan sonra "Damaş"ın qəzəbli futbolçularından biri dözməyərək meydana daxil olub və komandasının qapıçısını vurub.

"Qapıda dayana bilmirsənsə, meydanı tərk et, yerinə mən keçərəm!", - o, əsəbi halda qışqırıb.

Hadisə stadionda çaşqınlıq yaradıb.

NE
Nihadə Eyyubova