Gündəm

"Bu qanunla sosial ədalət bərpa olunur" — Ekspert

Bu qanunla sosial ədalət bərpa olunur — Ekspert

“Məsələ sosial ədalət prinsipinə dayanır. Bu baxımdan, əslində, 2026-cı ildən etibarən vergi güzəştlərinin dayandırılması planı ilə sosial ədalət bərpa olunur. Əvvəllər güzəştlər dövlət və enerji sektoruna şamil olunmurdu, yalnız qeyri-dövlət, yəni özəl sektora tətbiq edilirdi. Bu isə sosial ədaləti pozurdu”.

Bunu Demokrat.az-a açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli deyib.

O, bildirib ki, təxminən 850 min nəfər dövlət sektorunda, 50 min nəfər isə enerji sektorunda çalışır:

"Onlara bu güzəştlər tətbiq edilmirdi, amma özəl sektorda işləyənlərə tətbiq olunurdu. Beləliklə, sosial ədalət pozulurdu. Ədalət yalnız o halda təmin olunardı ki, ya dövlət və enerji sektorunda çalışanlara da eyni güzəşt tətbiq ediləydi, ya da hazırda olduğu kimi özəl sektorda güzəştlər ləğv ediləydi".

Əfsanə Kamal Demokrat.az

NE
Nihadə Eyyubova