İdman

UEFA Trampın planından sonra həmin səsverməni dayandırdı

UEFA Trampın planından sonra həmin səsverməni dayandırdı

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) ABŞ Prezidenti Donald Trampın Qəzza münaqişəsinin həlli ilə bağlıplanındansonra İsrail klublarının və milli komandalarının öz turnirlərindən kənarlaşdırılması ilə bağlı səsverməni dayandırıb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “Sky” telekanalı məlumat yayıb.

Mənbənin məlumatına görə, Avropa futbol federasiyalarının rəhbərləri sülh danışıqları zamanı İsrail komandalarının fəaliyyətinidayandırmasınıyanlış addım hesab edirlər. Bu məsələ ilə bağlı fövqəladə iclasın çağırılmadığı da qeyd olunur.

NE
Nihadə Eyyubova