25 sentyabr 2025-ci il tarixində Salyan Rayon İcra Hakimiyyətində fərdi qəbul təşkil olunub.
Demokrat.az xəbər verir ki, Salyan RİH-nin başçısı Rüstəm Xəlilovun fərdi qaydada qəbulunda hər bir vətəndaş diqqətlə dinlənilib və onların qaldırdıqları məsələlərlə bağlı qanunvericiliyin tələbləri izah olunub.
Qurumun səlahiyyətləri daxilində olan məsələlərin həlli üçün yerində tapşırıqlar verilib.








