İdman

Formula 1: Onun nəticəsi ləğv edildi — RƏSMİ

Formula 1: Onun nəticəsi ləğv edildi — RƏSMİ

Esteban Okon texniki səbəbdən sıralama turunun nəticələrindən silinib.

"Alpin" komandasının pilotu Esteban Okon Azərbaycan Qran-Prisinin sıralama turundan sonra protokoldan kənarlaşdırılıb.

Demokrat.azxəbər verir ki, fransalı sürücünün bolidi sessiya bitdikdən sonra texniki baxışdan keçməyib. Beynəlxalq Avtomobil Federasiyasının (FIA) açıqlamasına əsasən, Okonun maşınının arxa qanadı əyilmə testindən uğursuz çıxıb və normadan artıq elastik olduğu müəyyən edilib.

Bu qərara əsasən, Okon bugünkü yarışa start düzülüşünün ən sonuncu - 20-ci pilləsindən başlayacaq. Halbuki o, sıralama turunu 18-ci yerdə tamamlamışdı.

Xatırladaq ki, sıralama turunun qalibi "Red Bull" komandasının sürücüsü Maks Ferstappen olub.

D
demokrat.az