İdman

"Qalatasaray"dan rekord transfer

Qalatasaraydan rekord transfer

Türkiyənin “Qalatasaray” komandasının tarixində rekord transfer qeydə alınıb.

Demokrat.az xəbər verir ki, İstanbul təmsilçisi Uğurcan Çakır üçün “Trabzonspor”a 33 milyon avro bonservis və əlavə olaraq 3 milyon avro bonus ödəyib. Bu məbləğ klubun tarixində rekord bonservis kimi qeydə alınıb.

Qapıçı “cim-bom”la 2029/2030-cu illər mövsümünün sonuna qədər müqavilə imzalayıb.

NE
Nihadə Eyyubova