İdman

“Qürurlu ata kimi hiss edirəm” — “Braqa”dan “Qarabağ”a təbrik (VİDEO)

“Qürurlu ata kimi hiss edirəm” — “Braqa”dan “Qarabağ”a təbrik (VİDEO)

Portuqaliyanın “Braqa” klubu “Qarabağ”ın UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanması ilə bağlı maraqlı təbrik ünvanlayıb.

Demokrat.az“Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə klubun rəsmi “TikTok” hesabında paylaşım edilib.

Paylaşımda məşhur filmdən ağlama səhnəsi paylaşılıb və bu sözlər yazılıb:“Qarabağ”ın UEFA Çempionlar Liqasına yüksəlməsini izləyən qürurlu ata kimi hiss edirəm”.

Videonun açıqlama hissəsinə isə “sizin üçün xoşbəxtik, uşaqlar. Uzun bir yol qət etdik”,- sözləri əlavə olunub.

Bu da izləyicilər tərəfindən maraqla qarşılanıb. Onlar rəqibin hələ də “Qarabağ”ı unutmadığını qeyd ediblər.

Xatırladaq ki, ötən il “Qarabağ” UEFA Avropa Liqasının pley-off mərhələsində “Braqa”nı ümumi 6:5 hesabı ilə məğlub edərək, 1/8 finala adlamışdı.

Sözügedən paylaşımı təqdim edirik:

NE
Nihadə Eyyubova