Dünya

Lukaşenko Trampla danışdığı vaxt əlaqə itdi — "Donald, hansısa düşmən..."

Lukaşenko Trampla danışdığı vaxt əlaqə itdi — Donald, hansısa düşmən...

ABŞ prezidenti Donald Trampın belaruslu həmkarı Aleksandr Lukaşenko ilə telefon danışığı zamanı əlaqə qısa müddətə kəsilib.

SAVASHMEDİA.az BelTA-ya istinadən xəbər verir ki, bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko danışıb.

Onun sözlərinə görə, bundan sonra Tramp yenidən ona zəng edib.

“Mən deyirəm: “Donald, hansısa düşmənlər bizim söhbətimizə müdaxilə ediblər”, - deyə Lukaşenko söhbəti xatırladıb.

Qeyd edək ki, Lukaşenko avqustun 15-də Trampla telefonda danışıb. Bu, ABŞ prezidentinin rusiyalı həmkarı Vladimir Putinlə Alyaskada görüşü ərəfəsində olub.

NE
Nihadə Eyyubova