Tovuzda baş verən zəlzələ Ermənistanda da hiss olunub.
Demokrat.az xəbər verir ki, bu barədə "Sputnik Ermənistan" xəbər yayıb.
Qeyd olunur ki, Ermənistanın Tavuş vilayətindəki bir neçə kənddə yeraltı təkanlar 2-3 bal həddində hiss olunub.
*** 09:11
Tovuz rayonunda zəlzələ olub.
Demokrat.az xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.
Yerli vaxtla 08:31-də baş verən zəlzələnin maqnitudası 3.5 olub.
Yeraltı təkanların ocağı 10 kilometr dərinlikdə yerləşib.


