İdman

Tanınmış baş məşqçi "Qarabağ"da bəyəndiyi 3 futbolçunun adını açıqladı

Tanınmış baş məşqçi Qarabağda bəyəndiyi 3 futbolçunun adını açıqladı

"Qarabağ"ın Çempionlar Liqasının III təsnifat mərhələsində mübarizədən kənarlaşdırdığı “Şkendiya”nın (Şimali Makedoniya) sabiq baş məşqçisi Bruno Akrapoviçin AZƏRTAC-a müsahibə verib.

Demokrat.az xəbər verir ki, mütəxəssis "Qarabağ"ın heyətində bəyəndiyi futbolçuların adını açıqlayıb:

"Qarabağ"ın heyətində keyfiyyətli yerli və legioner oyunçular var. Onlardan Kevin Medina, Leandro Andrade və Nəriman Axundzadəni qeyd edərdim".

O, Azərbaycan təmsilçisinin Çempionlar Liqasının pley-off mərhələsində Macarıstanın "Ferensvaroş" klubu ilə görüşlərdəki şanslarını dəyərləndirib:

"Mən “Ferensvaroş”un “Ludoqorets”lə ilk görüşünü izləmişdim. Düzdür, oyun qolsuz heç-heçə ilə başa çatsa da, macarlar yaxşı mübarizə aparmışdılar. “Qarabağ” üçün çətin rəqibdir. Lakin mümkünsüz heç nə yoxdur. Fikrimcə, komandanız Liqa mərhələsinə yüksələ bilər".

NE
Nihadə Eyyubova