Kriminal

Prokurorluq “Oleq Bakinski”yə dair hökmdən narazıdır

Prokurorluq “Oleq Bakinski”yə dair hökmdən narazıdır

Baş Prokurorluq “Oleq Bakinski” ləqəbi ilə tanınan Oleq Krapivin və Konstantin Kuçer barəsində olan hökmdən apellyasiya şikayəti və protest verib.

Demokrat.az APA-ya istinadla xəbər verir ki, şikayət Bakı Apellyasiya Məhkəməsinin hakimi Murad Məmmədovun icraatındadır.

Məhkəmənin ilkin baxış iclası sentyabrın 21-də keçiriləcək.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Oleq Krapivinə 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib. Onunla bağlı Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilib, 6 ay sınaq müddəti seçilməklə cəzası şərti hesab olunub.

Konstantin Kuçerə isə ittiham olunduğu 178.4-cü maddə üzrə bəraət verilib. İttiham olunduğu 221.3-cü maddə üzrə isə qəti olaraq 2 il 6 ay müddətinə həbs cəzası təyin edilib.

Dövlət ittihamçısı isə çıxışında Konstantin Kuçerin 14 il, Oleq Krapivinin isə 3 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

NE
Nihadə Eyyubova