İdman

"Qalatasaray" İkardi ilə bağlı qərarını verdi

Qalatasaray İkardi ilə bağlı qərarını verdi

"Qalatasaray" hücumçusu Mauro İkardi ilə müqavilə müddətini uzatmaq niyyətindədir.

Demokrat.az xəbər verir ki, İstanbul təmsilçisi argentinalı forvardın müqaviləsini əlavə 2 il artırmaq üçün hərəkətə keçib.

Bu barədə məlumatı "Milliyet" yayıb.

Hazırda illik 6 milyon avro qazanan İkardiyə klub tərəfindən eyni şərtlərlə yeni təklif təqdim ediləcək.

"Sarı-qırmızılılar" 31 yaşlı ulduzun komandada qalmasını prioritet sayır və tərəflər arasında danışıqların yaxın günlərdə yekunlaşması gözlənilir. (Fanat.az)

NE
Nihadə Eyyubova