İdman

Azərbaycanlı hakim UEFA-dan təyinat aldı

Azərbaycanlı hakim UEFA-dan təyinat aldı

FIFA referisi Elçin Məsiyev UEFA Superkubokuna təyinat alıb.

Demokrat.az xəbər verir ki, o, PSJ (Fransa) - "Tottenhem" (İngiltərə) qarşılaşmasının dördüncü hakimi olacaq.

Oyunu portuqaliyalı Joan Pedro Silva Pineyro idarə edəcək. Görüş avqustun 13-də İtaliyanın Udine şəhərində yerləşən "Fruili" stadionunda keçiriləcək.

D
demokrat.az