İdman

"Qarabağ" yeni transferini açıqladı

Qarabağ yeni transferini açıqladı

Azərbaycan çempionu "Qarabağ" növbəti transferini açıqlayıb.

Oxu.Azxəbər verir ki, Ağdam klubu Kris Kukau ilə heyətini gücləndirib.

Fil Dişi Sahilindən olan futbolçu mərkəz yarımmüdafiəçisi mövqeyində çıxış edir. O, son olaraq Portuqaliyanın "Mafra" klubunun şərəfini qoruyub.

Qeyd edək ki, 25 yaşlı futbolçu son mövsümdə Portuqaliya 2-ci Liqasında 32 oyunda 2 qolla yadda qalıb.

NE
Nihadə Eyyubova