İdman

Azərbaycanın üç boksçusu bürünc medal qazanıb

Azərbaycanın üç boksçusu bürünc medal qazanıb

Qazaxıstanın paytaxtı Astanada keçirilən boks üzrə Dünya Kubokunda yarımfinal döyüşləri başa çatıb.

Demokrat.az xəbər verir ki, Azərbaycan millisinin bu mərhələdə 3 boksçusu mübarizə aparıb.

Sübhan Mamedov (50 kiloqram), Məhəmmədəli Qasımzadə (60 kiloqram) və Məhəmməd Abdullayev (+90 kiloqram) bürünc medala yiyələniblər.

Qeyd edək ki, sabah yekunlaşacaq Dünya Kubokuna 30 ölkədən 300-dək boksçu qatılıb.

D
demokrat.az