İdman

Azərbaycan klubu məşhur baş məşqçi ilə anlaşdı

Azərbaycan klubu məşhur baş məşqçi ilə anlaşdı

"Sumqayıt"ın yeni baş məşqçisinin adına aydınlıq gəlib.

Demokrat.az xəbər verir ki, sportinfo.az-ın əldə etdiyi məlumata görə, "kimyaçılar"ı ukraynalı mütəxəssis Yuri Vernidub çalışdıracaq.

59 yaşlı mütəxəssislə bütün detallarda razılıq əldə olunub.

Təyinat qısa müddətdə ictimaiyyətə açıqlanacaq.

Yuri Vernidubun son klubu “Krivbass” olub. Ona kimi isə Moldovada “Şerif”, Belarusda “Saxtyor” və Ukraynada “Zorya” kimi komandaları idarə edib.

NE
Nihadə Eyyubova