İdman

Futbol hakimi oyun zamanı həbs olundu

Futbol hakimi oyun zamanı həbs olundu

Braziliya polisi matç zamanı narkotik alveri ilə məşğul olan futbol hakimini həbs edib.

Demokrat.azxəbər verir ki, bu barədə "Globoplay" portalı məlumat yayıb.

San-Paulu ştatının Quaruja şəhərində narkotik alverçilərinin fəaliyyəti ilə bağlı aparılan araşdırma zamanı məlum olub ki, hakim Ederson Karlos da Silvanın qrupun fəal üzvü olub.

Xüsusilə, o, bütün ştatı kokainlə təmin edən narkotik şəbəkəsinin logistikasını təşkil etməkdə şübhəli bilinir. /"Report"

NE
Nihadə Eyyubova