İdman

Bakı klubu xorvat qapıçı transfer etdi

Bakı klubu xorvat qapıçı transfer etdi

"Sabah"ın UEFA Avropa Liqasının I təsnifat mərhələsində rəqibi olan Sloveniyanın "Sele" komandası heyətini yeni futbolçu ilə gücləndirib.

Demokrat.az"Report"-a istinadən xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

"Sele" qapıçı Simon Sluqa ilə anlaşıb. 32 yaşlı xorvatiyalı qolkiperin müqaviləsinin müddəti 2027-ci ilin yayınadək nəzərdə tutulub.

Qeyd edək ki, komandalar arasında iyulun 10-da "Bank Respublika Arena"da keçiriləcək ilk oyun saat 20:00-da start götürəcək. İyulun 17-dəki cavab görüşü Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

NE
Nihadə Eyyubova