Maltadan Azərbaycana uzanan erməni əli…

SİYASƏT 27 noy 2019, 22:13

Yaxud “Turan” İA Dafna Qalisiyanın qətli ilə bağlı yazını niyə sonadək araşdırmadı?

 

Qətlə yetirilən jurnalistlərin işində bənzərliklər

Qətlləri  siyasiləşdirilən və ya siyasi sifarişlərlə qətlə yetirildikləri iddia olunan jurnalistlərin heç birinin cinayət işi sona qədər açılmayıb.  Əksinə, qatillərin izləri qəlizləşdirilib, cinayət işləri dəillər keçdikcə  gündəmdən çıxıb.  Bu, Gürcüstanda, Ukraynada,  Slovakiya da belə olub,  Maltada da belədir. Amma bu qətl işləri arasında oxşarlıq yaradan məqam təkcə aqibətləri ilə bağlı deyil, bənzərliklər bütün məqamlarda var.  2003-cü ildə Gürcüstanda qətlə yetirilən “Rustavi-2” TV kanalının əməkdaşı Georgy Sanayanın işi ilə Ukraynada təqribən eyni dövrdə öldürülmüş journalist Georgi Qonqadzenin, iki il öncə Maltada qətlə yetirilmiş journalist Dafna Caruana Qalisiyanın işləri arasında oxşarlıqlar  “N” qədərdir. Ssenarisi öncədən yazılmış, plagiat süjetlər üzərində qurulmuş,  mövzusu, ideyası kosmetik dəyişikliklərlə eyni olan teleserialları xatırladırlar. Georgy Sanayanın öldürülməsi  “təsadüfən” Gürcüstanda məxməri inqilabdan az öncə baş verdi. Cəmiyyət qarışdı. Mixail Saakaşvilinin Şevardnadze iqtidarına qarşı irəli sürdüyü ittihamlardan biri də məhz Sanayanın qətlinin üstünün açılmamasıidi. Saakaşvili iqtidarda oldu, getdi, amma Georgy Sanayanın  öldürülməsilə bağlı cinayət işi bugün də açılmayıb.  Ukraynada journalist Georgi Qonqadzenin öldürülməsi daha səs-küylü oldu.  Bu hadisə də Ukraynada  “təsadüfən” məxməri inqilabdan az öncəyə təsadüf etdi,  Viktor Yuşşenkonun Yanukoviç üzərində üstün təbliğat qurması üçün mövzuya çevrildi. Ukraynada məxməri inqilabın lideri olanViktor Yuşşenko da iqtidarda oldu, getdi, amma Qonqadzenin öldürülməsinə bağlı cinayət işi bugün də açılmayıb.

Təkcə yerli polis deyil, bütün beynəlxalq təşkilatlar iki ildir ki, qətlə yetirilmiş maltalı journalist Dafna Caruana Qalisiyanın qatillərini və qətlin sifarişçilərini axtarırlar, amma onlar “tapılmırlar”. Tapılmayacaqlar da. Çünki bu qətl hadisəsi də ssenariləşdirilib, siyasiləşdirilib və belə siyasiləşdirmə vasitəsilə əldə olunacağı gözlənilən nəticələr, planlar var. Nəticələr isə yavaş-yavaş hasil olur. Malta məxməri çevrilişin qapısında və ya ortasındadır.

 

“Beynəlxalq ictimaiyyətin basqıları” qarşısında davam gətirməyən Maltanın baş naziri Cozef Muskatın administrasiya istefa verdi.

 

Erməni şəbəkəsi ilə OCCRP-in uyğun maraqları

Sadaladığımız nümunələr üzrə daha bir oxşarlıq öldürülmüş jurnalistlərin adları qarşısında verilən epitetlərdir. Beynəlxalq təqdimatda hər 3 hadisə barədə fərqli danışılsa da, onların qarşısında artırılan epitetlər eynidir: “korrupsiya hallarını araşdıran jurnalistlər”. “Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya Qarşı Jurnalistika Layihəsi (OCCRP) mövcuddur ki, “öldürülən jurnalistlər”in əksəriyyəti bu şəbəkənin qurbanlarıdırlar. Onlar eyni şəbəkə tərəfindən təlimatlandırılır, idarə olunur və eyni aqibəti yaşayırlar. Hər birinin faciəsindən də eyni məqsədlər üçün istifadə olunur. Yeni-yeni qurbanlıqlar yetişdirmək və daha çox  “qurbanlar vermək” bu şəbəkənin işinə yarayır. “Qurban edilmiş hər bir jurnalist”, izi azdırılmış hər bir cinayət işi bu şəbəkəyə hansısa ölkəyə qarşı təbliğat aparmaq, basqı yapmaq üçün hava-su kimi lazımdır. Bu sahədə təbliğat qurmaq, beynəlxalq rəyi yanlış istiqamətə yönləndirmək, ayrı-ayrı ölkələri haqsız basqıya məruz qoymaq üçün Sorosun qlobal və lokal media şəbəkələri var. Bu halda şəbəkənin- OCCRP –in kimliyi sualı ortaya çıxır. Amma onun izini tapmaq üçün də səbrli davranmaq lazım gəlir, çünki, burada da iz azdırmaq üçün “yüngülvari manevrlər” edilib ki, sadə oxucu sona vara bilməsin.  OCCRP    Beynlxalq Araşdırmaçı Jurnalistlər Şəbəkəsinin  (Global İnvestigative Journalism Network-GİJN) hesabatı kimi təqdim edilir.  Deməli, OCCRP-in kimliyini tapmaq üçün  GİJN-ni araşdırmaq lazım gəlir. GİJN-nin saytında verilən bilgidən bəlli olurki, proqramın rəsmiqurucusu və maliyyəçisi Açıq Cəmiyyət Fondudur (Open Society Foundations-Soros Fondu). Corc Soros. Sorosun məxməri inqilablar baş verən ölkələrdə oynadığı rol hər kəsə bəllidir. Onun özünə qarşı olan münasibət də hər kəsə bəllidir. Bunda işimiz yox. Vurğulamaq istədiyimiz məqam Sorosun və onun OCCRP şəbəkəsinin Azərbaycana qarşı olan münasibətidir. Qısa məlumat üçün deyək ki, 2018-ci il üzrə Korrupsiya İndeksinin hazırlanması,   bunun fonunda Azərbaycana qarşı aparılan savaşda  “Transparency  İnternational” OCCRP-lə müştərək iş aparıblar, ölkəmizin adı ətrafında qondarma skandal yaratmağa cəhd ediblər.  Azərbaycan bu təzyiqə ləyaqətlə dözdü, cavab Verdi və öz layihələrini gerçəkləşdirdi.  Amma görünür Corc Soros usanmaq bilmir və yeni skandalların peşindədir.

 

Erməni dəyirmanına su tökənlər

İki il öncə qətlə yetirilmiş maltal journalist Dafna Caruana Qalisiyanın ailəsi Avropa polisinə müraciət edib. Onlar ailə üzvlərinin qətlinin araşdırılmasında müstəntiqlərə, prokurorlara və hakimlərə lazımi dəstək verməyə çağırıblar. Qeyd ediblər ki, bu qətl işi fonunda aparılan basqılar nəticəsində Maltanın başnaziri Cozef Muskatın administrasiyası istefa versə də, qətlin üstü açılmır. Ailə şübhəyə düşməkdə haqlıdır. Çünki ortada Gürcüstan, Ukrayna və digər ölkələrdə yaşanmış nümunələr var.  Bilirlər ki, jurnalistin qətl işindən istifadə olunacaq, kimlərəsə basqı olunacaq, bəlkə də bütövlükdə ölkədə çaxnaşma yaradılacaq. Amma jurnalistin qətl işi açılmayacaq. Şübhələr var ki,  qətlin üstünün açılmasını “şiddətlə tələb edənlərin” özlərinin bu qətlllərin ssenariləşdirilməsində rolları var.

 

Şübhələrin artmaması,  kənar hadisələrin baş verməməsi, yalnız ssenariləşdirilmiş nəticələrin əldə olunması üçün şəbəkə də aktiv fəaliyyətdədir.  PolitoloqYeganə Hacıyeva ciddi bir faktın üstünü açıb. Bəlli olub ki, Dafnanın ailəsinin müraciətindən istifadə edib öz maraqlarını təmin etmək üçün Soros şəbəkəsi ilə erməni şəbəkəsi müştərək iş aparır.  Bu məqsədlə ailənin müraciəti saxtalaşdırılır, kontekstdən çıxarılır. Faktlara baxaq.  Euronews ailənin müraciəti barədə məlumat yayıb. Normal xarakterlidir. Ailə qətlin üstünün açılmasını istəyir. Amma Maltada bəzi  KİV-lər həmin müraciətə  “yüngülvari əlavə ediblər”. Həmin əlavədə qeyd olunur ki,  Dafna Caruana Qalisiya qətlə yetirilməmişdən öncə “Malta və Azərbaycan arasında pulların yuyulmasını”araşdırırmış. Azərbaycanın adı Euronews və digər ciddi KİV-lərin xəbərində keçmir  (//www.euronews.com/2019/09/21/daphne-caruana-galizia-family-slams-independence-of-inquiry-into-murder-of-maltese-journal?fbclid=IwAR2bpqCWE9m5A_hkD9EKc8L2QkQzMI2HvhlF9aWkJsfJYKl4DYTy7Lodo2Q ).

Ölkəmizin adını Dafna ailəsinin müraciətinə ilk dəfə “Times of Malta” adlı KİV daxil edib. Yeganə Hacıyeva müəyyən edib ki, həmin saytda yayılan informasiyanın  müəllifi  Herman Grech adlı erməni mənşəli jurnalistdir. Herman Grech daha çoxTürkiyə əleyhinə yazdığı yazılarla məşhurdur.  Beləliklə, ortada ziddiyyət yaranır. Ailənin müraciətinin orijinalı yayılmadığı üçün aydınlaşdırmaq çətindir ki, o, həqiqətən də Azərbaycanın adını çəkibmi? Ciddi KİV-lərin ölkəmizin adını çəkməməsi göstərir ki, burada şübhəli məqamlar var, erməni şəbəkəsi Soros şəbəkəsinin köməyindən istifadə edərək diqqəti sünii ölkəmiz üzərinə yönəltmək istəyir.  Problem odur ki,  Azərbaycanda fəaliyyət göstərən, Mehman Əliyevin rəhbərlik etdiyi  “Turan” İnformasiya Agentliyi də xəbəri Euronews–a deyil, Herman Grechə-“Times of Malta”ya istinadla yayıb və yanlış fikrin möhkəmlənməsinə xidmətedib. (//www.turan.az/ext/news/2019/11/free/politics%20news/az/85446.htm?fbclid=IwAR39cUT5f4bZPhQr7JlHX1PRfdhi_7ELqK4Az3Z6H__5ZgDoWn2OydwTDrA).

 

Yəni Azərbycanın adını bu çirkin cinayət işində hallandırıb. Dafna ailəsinin original müraciəti ortada olmadığı üçün məsələ mübahisəli qalır. Amma “Turan” İA-nın marağı olsaydı, ən azı belə bir araşdırma aparar, nə üçün bir açıqlamanın iki kontekstdə yayılmasını aydınlaşdırmağa çalışardı. Araşdırma aparmaq, həqiqəti üzə çıxarmaq jurnalistikanın önəmli prinsipidir. “Turan” İA bu prinsipdən xəbərsizdirmi,  yoxsa erməni şəbəkəsi ilə Soros şəbəkəsinin yanlış təbliğatının kök atmasında marağımı vardır? “Turan” İA araşdırma aparsaydı, ölkəmizin adını çirkin kampaniyaya qatmaq istəyənlərə cavab vermiş olardı.  Təəssüf ki, “Turan” İA həqiqətin üzə çıxmasında deyil,  Soros və erməni şəbəkəsinin uydurmalarının tirajlanmasında maraqlı tərəf kimi görünür.

 

Müşfiq Ələsgərli

 

 

P.S. Yazı müəllifin şəxsi mövqeyini əks etdirir. Müəllifin mövqeyi Demokrat.az-ın mövqeyi ilə üst-üstə düşməyə bilər.

 

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top