İdman

"Kəpəz"in yeni baş məşqçisi açıqlandı

Kəpəzin yeni baş məşqçisi açıqlandı

"Kəpəz"in yeni baş məşqçisi müəyyənləşib.

Demokrat.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, qərb təmsilçisi Adil Şükürovla anlaşıb.

Təcrübəli mütəxəssislə 2 illlik müqavilə imzalanıb.

Qeyd edək ki, baş məşqçi 2023-cü ilin noyabrından 2024-cü ilin avqust ayına kimi olan dövrdə "sarı-göylər"i çalışdırıb.

Adil Şükürov Gəncə kollektivində futbolçu qismində də çıxış edib. O, 1999/2000-ci illər mövsümdə "Kəpəz"in heyətində ölkə çempionatının gümüş medallarını qazanıb, Azərbaycan Kubokunu başı üzərinə qaldırıb.

NE
Nihadə Eyyubova