Gündəm

Hava kəskin DƏYİŞİR — Leysan, dolu, qar...

Hava kəskin DƏYİŞİR — Leysan, dolu, qar...

Azərbaycanda iyunun 7-də havanın arabir yağışlı olacağı, bəzi yerlərdə leysan yağacağı gözlənilir.

Demokrat.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında iyunun 6-dan 7-nə keçən gecə və axşam bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Cənub-qərb küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var.

NE
Nihadə Eyyubova