Hadisə

Azərbaycan Dəmir Yollarına məxsus yarımstansiyada partlayış oldu — FOTO

Azərbaycan Dəmir Yollarına məxsus yarımstansiyada partlayış oldu — FOTO

Ucarın Müsüslü kəndində səhər satlarında partlayış baş verib. Hadisədən dərhal sonra ərazidə irimiqyaslı yanğın başlayıb.

Demokrat.azxəbər verir ki, yerli sakinlərin bildirdiyinə görə, yanğın Azərbaycan Dəmir Yollarına məxsus yarımstansiyada qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası dərhal əraziyə cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

Hadisənin səbəbləri araşdırılır. (Azərtac)

NE
Nihadə Eyyubova