Futbol üzrə Azərbaycan Kubokunun qalibi bu gün müəyyənləşəcək.
Demokrat.az-ın məlumatına görə, final oyununda "Qarabağ" və "Sabah" komandaları üz-üzə gələcəklər.
Qarşılaşma Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək. Matç saat 19:00-da başlayacaq.
Azərbaycan Kuboku Final 31 may
19:00. “Qarabağ” – “Sabah”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Rəşad Əhmədov. VAR: Nicat İsmayıllı. AVAR: Fərid Hacıyev. Ehtiyat köməkçi hakim: Cəmil Quliyev. Hakim-inspektor: Gülağa Cabarov. AFFA nümayəndəsi: Elçin Məmmədov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu


