İdman Özəl

Ronaldo bu klubla müqavilə imzalayıb

Ronaldo bu klubla müqavilə imzalayıb

“Əl-Nassr”ın 40 yaşlı portuqaliyalı hücumçusu Kriştiano Ronaldo futbolçu karyerasını Səudiyyə Ərəbistanı klubunda davam etdirəcək.

Demokrat.az xəbər verir ki, bu barədə Footmercato məlumat yayıb.

Mənbənin məlumatına görə, klubla forvard arasında yeni iş müqaviləsi imzalanıb. Müqavilənin təfərrüatları açıqlanmır.

Mayın sonlarında mediada forvardın klubu tərk edə biləcəyi ilə bağlı məlumatlar yayılmışdı.

Əfsanə Kamal Demokrat.az

NE
Nihadə Eyyubova