Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında bu gün yarımfinal oyunları baş tutacaq.
Demokrat.az xəbər verir ki, Milli Gimnastika Arenasında meydana əvvəlcə Azərbaycan və Monteneqro komandaları çıxacaq.
Görüş saat 20.00-da start götürəcək.
Digər yarımfinal matçında isə Macarıstan Serbiya ilə üz-üzə gələcək. Bu qarşılaşma saat 21.30-da başlayacaq.
Dünya çempionatı Yarımfinal 30 may
20.00 Azərbaycan - Monteneqro 21.30 Macarıstan - Serbiya
Qeyd edək ki, dünya çempionatına iyunun 1-də yekun vurulacaq.


