Region Özəl

Dilənçilərin 5 saata yığdığı məbləğ heyrət doğurub

Dilənçilərin 5 saata yığdığı məbləğ heyrət doğurub

Türkiyədə polis tərəfindən qəbiristanlıqda dilənçiliklə məşğul olarkən yaxalanan 3 dilənçinin üzərindən ümumilikdə 24 min 665 lirə tapılıb.

Demokrat.az xəbər verir ki, dilənçilər sözügedən məbləği cəmi 5 saata yığıblar.

Polis vətəndaşların mənəvi hisslərini istismar edən dilənçilərə qarşı əməliyyat keçirib.

Dilənçilər pulu təxminən 5 saata yığdıqlarını bildiriblər. Sözügedən pullar müsadirə olunub, dilənçilərin hər birinə 1406 lirə inzibati cərimə kəsilib.

Əfsanə Kamal Demokrat.az

NE
Nihadə Eyyubova