İdman

Misli Premyer Liqası: Mövsümün sonuncu turuna bir oyunla start veriləcək

Misli Premyer Liqası: Mövsümün sonuncu turuna bir oyunla start veriləcək

Bu gün Misli Premyer Liqasında mövsümün sonuncu - XXXVI turuna bir oyunla start veriləcək.

Demokrat.az xəbər verir ki, ilk oyun günündə "Səbail" "Sumqayıt"ı qəbul edəcək.

Görüş Bakı vaxtı ilə saat 19:30-da start götürəcək.

Qeyd edək ki, sabah "Şamaxı" - "Qarabağ", "Sabah" - "Neftçi" qarşılaşmaları keçiriləcək. Misli Premyer Liqasının 2024/25 mövsümünə "Turan Tovuz" - "Kəpəz", "Araz-Naxçıvan" - "Zirə" matçı ilə yekun vurulacaq.

23 may

Misli Premyer Liqası

XXXVI tur

Saat 19:30, "Səbail" - "Sumqayıt".

NE
Nihadə Eyyubova