İdman

Bakıda minifutbol üzrə dünya çempionatı başlayır

Bakıda minifutbol üzrə dünya çempionatı başlayır

Bu gün Bakıda minifutbol üzrə dünya çempionatına start veriləcək.

Demokrat.az-ın məlumatına görə, ilk gündə 8 matç keçiriləcək.

A qrupunda yer alan Azərbaycan millisi Bəhreyni sınağa çəkəcək. Qarşılaşma saat 20:30-da başlayacaq.

Bu görüşdən əvvəl turnirin açılış mərasimi baş tutacaq. Tədbirdə türkiyəli məşhur müğənni Aleyna Tilki və Azərbaycanın Xalq artisti Aygün Kazımova çıxış edəcəklər.

A qrupunun digər görüşündə Mavritaniya və Sloveniya kollektivləri münasibətlərə aydınlıq gətirəcəklər.

Dünya çempionatı

Qrup mərhələsi

I tur 21 may

A qrupu 20:30. Azərbaycan - Bəhreyn 23:00. Mavritaniya - Sloveniya

B qrupu 09:15. Fransa - Çad 21:45. Rumıniya - Özbəkistan

C qrupu 10:30. Macarıstan - Türkiyə 13:00. Ukrayna - İngiltərə

D qrupu 11:45. Bolqarıstan Portuqaliya 14:15. Slovakiya - Hindistan

Qeyd edək ki, dünya çempionatı iyunun 1-də başa çatacaq.

D
demokrat.az