"Mançester Yunayted"in yarımmüdafiəçisi Brunu Fernandeş Kriştianu Ronaldu və David De Xeanın rekordunu təkrarlayıb.
Fanat.Az "Opta Sport"a xəbər verir ki, kapitan buna "qırmızı şeytanlar"ın azarkeşləri tərəfindən 2024/2025 mövsümünün ən yaxşı oyunçusu seçilərək nail olub.
Amad Diallo və Harri Maquayrı geridə qoyan Fernandeş "Sir Matt Busby" mükafatını 4 dəfə qazanan üçüncü futbolçu olub.
Bu mükafat 1987/1988 mövsümündən etibarən hər il MY-nin ən yaxşı oyunçusuna təqdim edilir.
Qeyd edək ki, cari mövsüm Brunu klubunun forması ilə bütün turnirlərdə 54 matça çıxaraq 19 qola və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb.


